Nyu York məktəbləri yaxınlaşan qar fırtınası ilə əlaqədar bağlanacaq.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu şəhər meri Bill de Blazio deyib.
Yanvarın 4-ü səhər daha çox qar yağacağı gözlənilir. Qarın hündürlüyünün 23-30 sm olacağı ehtimal edilir.
Mer bildirib ki, hər kəs belə hava şəraitini çox ciddi qəbul etməlidir.