Kubanın ABŞ tərəfindən ticari-iqtisadi blokadası yolverilməzdir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.
F.Mogerini qeyd edib: "Blokada həll yolu deyil və biz bunu BMT-də Birləşmiş Ştatlardan olan tərəfdaşlarımıza çox demişik".
"Telesur" telekanalı Aİ-nin ali nümayəndəsinin bu gün Kubanın xarici işlər naziri Bruno Rodrigeslə görüşəcəyini bildirir.