“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlı qadın Türkiyədə saxlanılıb

11:06 - 4 Yanvar 2018 - Xəbər

 “İnterpol” xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, dələduzluq törətməkdə təqsirləndirilən Samirə Ələkbərovanın Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsi tərəfindən 1977-ci il təvəllüdlü Ələkbərova Samirə Ramiq qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarış elan edilmişdi.

Xəbər xətti