“Azərsu” ASC 19 yaşlı gəncin meyitinin onlara məxsus olan anbarda tapılmasına münasibət bildirib.
Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya deyib ki, həmin anbar “Azərsu” ASC-yə məxsus deyil: “Anbardan Botanika bağının və Fəxri Xiyabanın ərazisinin suvarılması üçün istifadə edilir. Yəni, həmin anbardan əhaliyə su verilmir”.
Xatırladaq ki, ötən il dekabrın 31-də 1989-cu il təvəllüdlü Tretyakov Vasili Sergeyeviçin meyiti Botanika bağı ərazisindəki "Azərsu" ya məxsus su anbarında tapıldığı iddia edilirdi. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. V. Tretyakovu meyiti aidiyyəti üzrə təhvil verilib. Onun əqli cəhətdən çatışmazlığı olub.