Dekabrın 31-də Suriyada Rusiyaya aid Hmeymim hərbi bazası terrorçuların hücumuna məruz qalıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti iki hərbi mənbəsinə istinadən məlumat yayıb. Hücum nəticəsində 7 döyüş təyyarəsinin məhv edildiyi bildirilir. Bura 4 ədəd Su-24 bombardmançısı, iki ədəd Su-35C qırıcısı və bir ədəd An-72 hərbi nəqliyyat təyyarəsi daxildir. Bundan başqa, Rusiyaya aid silah-sursat anbarı da məhv edilib. Qeyri-rəsmi rəqəmlərə görə, 10-dan çox hərbçi yaralanıb.
Müdafiə Nazirliyi hadisəni hələ ki, şərh etməyib. Rəsmi olaraq ötən gün Mi-24 vertolyotunun qəzaya düşdüyü və iki pilotun öldüyü açıqlanıb. Nazirlik təyyarənin texniki nasazlıqdan qəzaya düşdüyünü və vertolyota heç bir atəş açılmadığını vurğulayıb.