ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp ABŞ-ın ilk qadın dövlət başçısı olmaq istəyir.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu fikirlər jurnalist Maykl Vulfun yazdığı "Alov və qəzəb: Trampın Ağ evində" kitabında öz əksini tapıb.
Müəllif qeyd edib ki, Trampın qızı İvanka və kürəkəni Cared Kuşner öz aralarında onlardan birinin nə vaxtsa prezidentliyə namizəd olacaqları ilə bağlı razılığa gəliblər.