Ötən il təyyarə qəzalarında həlak olanların sayı 44 nəfər olub.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, "Aviation Safety Network" portalının hesabatına əsasən, 2017-ci ilin bu rəqəmi 1946-cı ildən bu yana rekord göstərici sayılır.
Qeyd edilir ki, 2017-ci ildə 10 sərnişin və nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Hesabata hərbi aviasiyada baş verən qəzalar daxil edilməyib.
2016-cı ildə avia qəzalarda 303 nəfər həlak olmuşdu. 2015-ci ildə bu rəqəm 537, 2014-cü ildə isə 961 nəfər idi.
2017-ci ildə baş verən 10 qəzadan 5-i sərnişin, 5-i isə yük təyyarələrində baş verib.