Sabahın havası açıqlanıb

15:56 - 3 Yanvar 2018 - Xəbər

Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olma ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti təşkil edəcək. Azərbaycan rayonlarında yanvarın 4-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Xəbər xətti