Rusiyadan Azərbaycana 2 aviareys dayandırıldı
13:14 - 3 Yanvar 2018 - Xəbər
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini ləğv edib.
Trend-in məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.
Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Sankt-Peterburq - Qəbələ və Jukovski - Gəncə reyslərinə icazə ləğv edilib.
Bu qərara daşıyıcı tərəfindən uçuşların müəyyən edilmiş müddət ərzində həyata keçirilməməsi səbəb olub.
Qeyd edək ki, “VİM-Avia” ötən ilin oktyabrında borcları ilə əlaqədar olaraq bütün uçuşları dayandırmışdı.