Ukrayna ABŞ-dan öldürücü silahlar alacaq. Bunu Ukrayna Prezidenti Petro Poroşenko deyib. O, "Twitter" səhifəsində yazıb: "2018-ci ildə ABŞ-dan öldürücü müdafiə silahı alacağıq". Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ştatların Dövlət Departamentindən Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün müdafiə silahlarının tədarük edilməsi barədə qərar qəbul etdiklərini bildirmişdilər.modern.az