Türkiyənin Rusiyadan aldığı “S-400” raket kompleksləri Türkiyə Silahlı qüvvələrinin ixtiyarında olacaq.
"Ucnoqta.az” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Müşavirliyi məlukmat yayıb. Verilən məlumata görə, ilkin mərhələdə Rusiyadan 2 raket kompleksi alınıb.
“Rusiyadan 2 ədəd “S-400” raket kompleksi alınıb. Raketlər 2020-ci ilin birinci rübündə Türkiyəyə təhvil veriləcək. Raketlərin biri əməliyyat, digəri isə təlimlər üçün nəzərdə tutulub”, - deyə məlukmatda bildirilib.
Raketlrəin alınması barədə yekun protokol imzalanıb.
Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında uzun zamandır gözlənilən sövdələşmə baş tutub. Ankara Rusiyadan “S-400” raketlərini alıb. Türkiyənin müdafiə naziri Nurəddin Canikli bildirib ki, raketlər qısa zamanda Türkiyə ərazisinə gətiriləcək.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirdiyi mətbuat konfransında alınan raketlərin bu həftə qəbul ediləcəyini bildirib. Putin isə bildirib ki, Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirmək niyyətindədirlər.
//Ölkə.Az//