Bu gün İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda 176 fələstinli xəsarət alıb.
Yaralılardan 43-ü xəstəxanalara çatdırılıb.
İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və “Fəth” hərəkatlarının çağırışı ilə keçirilir.
Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır. Qeyd edək ki, Qəzza zolağında və İordan çayının qərb
sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.
//Ölkə.Az//