Bakıdan Kazana uçan təyyarə Nijni Novqoroda məcburi eniş edib

15:06 - 29 Dekabr 2017 - Xəbər

Bu gün saat 9:00-da Bakıdan Kazana J2-9575 saylı aviareyslə hərəkət edən sərnişin təyyarəsi Nijni Novqorod hava limanına enməli olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a “Buta Airways” aviaşirkətindən məlumat verilib. Məlumata görə, təyinat nöqtəsinin dəyişdirilməsinə səbəb Kazandakı əlverişsiz hava şəraiti olub. Son nəticədə təyyarə hava limanına enə bilməyib və Nijni Novqoroda hərəkət edib. Eniş ştat rejimində baş tutub.

Kazanda hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən ora uçacaq. Bu barədə əlavə məlumat veriləcək.

Xəbər xətti