Türkiyə Rusiya ilə yekun müqaviləni imzalayıb: “S-400”lərlə bağlı

14:46 - 29 Dekabr 2017 - DÜNYA

Müqavilənin dəyəri 2,5 milyard dollardır
 
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması ilə bağlı yekun müqavilə imzalanıb. Ucnoqta.az xəbər verir ki, “Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, imzalanma mərasimi Ankarada keçirilib.
Müqavilənin dəyəri 2,5 milyard dollardır.

Qeyd edək ki, hava hücumundan müdafiəni təmin edən “S-400” raketləri 2007-ci ildə Rusiya Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib.

Xəbər xətti