Tramp Çini ifşa etdi - “Cinayət başında ələ keçdiniz”

15:38 - 29 Dekabr 2017 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Çinin Şimali Koreyaya neft ixrac etməsinə sərt münasibət bildirib.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya  istinadən xəbər verir ki, Tramp Çinin cinayət başında ələ keçdiyini deyib və Ş.Koreyanı da təhdid edib:

 

“Çinin Şimali Koreyaya neft idxalına icazə verməsinə görə böyük xəyal qırıqlığı keçirdim. Bu davam edərsə, Şimali Koreya probleminin dostcasına həll yolu heç vaxt olmaz”.

 

Qeyd edək ki, Tramp Çinə səfəri zamanı Ş.Koreya probleminin müzakirələr yolu ilə həll edilməsi istiqamətində razılıq əldə etmişdi.

Xəbər xətti