İsail və ABŞ arasında gizli görüş keçirilib və razılaşma əldə edilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, görüş vaxtı Ağ Ev və İsrail İranın qarşısını almaq üçün müştərək strateji proqram hazırlayıb. Bu xəbəri İsrailin "Kanal 9" televiziya kanalı yayıb.
Kanalın xəbərinə əsasən, 12 noyabr tarixində İsrailin müdafiə sahəsinin nümayəndələri ABŞ-a səfər ediblər. Heyətə milli təhlükəsizlik üzrə müşavir Meir Ben-Şabbat rəhbərlik edib. Görüş vaxtı İsrail nümayəndə heyəti ABŞ-ın müdafiə və kəşfiyyat sahəsinin işçiləri ilə görüşüb. Amerikalılara Gerbert Makmaster rəhbərlik edib.
İki günlük görüş vaxtı ABŞ və İsrail "İran məsələsi ilə bağlı qarşılıqlı anlaşma memorandum"u imzalayıblar. Sənədə əsasən, 4 işçi qrupu yaradılacaq. Bu qruplar İranın nüvə və ballistik proqramları, regionun silahlanması kimi məsələlərlə məşğul olacaq.