Alpinistlərin axtarışına daha 10 nəfər dağ-xilasedicisi cəlb olundu

12:25 - 29 Dekabr 2017 - Xəbər

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

 

"Ucnoqta.az" Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata istinadən bildirir ki, Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

 

Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.                        

 

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Xəbər xətti