Mixeil Saakaşvilinin yaxın dostu həbs edildi

14:45 - 29 Dekabr 2017 - DÜNYA

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarı Severion Danqadze həbs edilib.
 

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Kiyev məhkəməsi qərar çıxarıb. Verilən qərara görə, bu ayın əvvəlində polis tərəfindən saxlanılan Severion Danqadzenin məhkəməsi keçirilib. Keçirilən məhkəmədə Severion Danqadze barədə həbs qərarı verilib.

 

Qeyd edək ki, dekabrın 6-da Mixail Saakaşvilinin tərəfdarı olan Severion Danqadze həbs olunub. Danqadzeni 5 il müddətinə həbs cəzası gözlədiyi vurğulanıb.

Xatırladaq ki, Danqadze Saakaşvilinin partiyasının Kiyev bölməsinə rəhbərlik edir. Onun adı Saakaşviliyə qarşı açılan cinayət işində yer alıb. Kiyevin iddiasına görə, məhz Danqadze Saakaşvilinin rusiyayönlü biznesmen Sergey Kurçenko ilə əlaqəsini təşkil edib.

Xəbər xətti