Milli Məclisin iclası başladı

12:14 - 29 Dekabr 2017 - Xəbər

Bu gün Milli Məclisin (MM) payız sessiyasında son plenar iclası keçirilir.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, iclasda bir sıra məsələlərə baxılacaq. Parlamentarilər ilin son iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsini müzakirə edəcək. Sonra millət vəkilləri arasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi müzakirə ediləcək.

 

Deputatların işi bununla yekunlaşır. Parlament üzvləri yeni hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxaracaqlar.

İclasda yeni hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasda Azərbaycanla bir neçə ölkə arasında sənədlərin təsdiq edilməsi, "Bələdiyyələrin statusu haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Turizm haqqında", "Yol hərəkəti haqqında" və digər qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.

 

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

 

Xəbər xətti