Fuad Qəhrəmanlı və Taleh Bağırzadə Ali Məhkəməyə çıxır

12:25 - 29 Dekabr 2017 - Xəbər

Fuad Qəhrəmanlı və Tale Bağırzadənin məhkəməsinin vaxtı məlum olub.
 

"Ucnoqta.az" Vəkil Fəxrəddin Mehdiyevin “Ölkə.Az”-a verdiyi xəbərə istinadən bildirir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatın sədri Taleh Bağırov və daha 16 nəfərin ittiham olunduğu "Nardaran işi" üzrə Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə fevralın 22-də baxılacaq.

 

Proses Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, T. Bağırov Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

F. Qəhrəmamlı isə hadisələrdən sonra saxlanılıb və 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti