Alpinistlərin axtarışı davam edir

11:32 - 29 Dekabr 2017 - Xəbər

"İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün səhər saat 5-dən yenidən axtarışlara başlanılıb".
 

"Ucnoqta.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında “Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.
 

Onun sğzlərinə görə, hələ dəqiq bir iz yoxdur: "Axtarışlarımıza davam edirik. Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda axtarışlar aparır".

 

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.























//Ölkə.Az//

Xəbər xətti