Qazaxıstan prezidenti Nursultan Nazarbayev informasiya və kommunikasiya məsələləri ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişiklik edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, informasiya resurslarında anonim şərhlər qadağan ediləcək.
Dəyişikliyə əsasən, internet istifadəçiləri artıq Qazaxıstan informasiya resurslarında anonim şərhlər yaza bilməyəcəklər.
Qanuna dəyişiklik istifadəçinin istədiyi adla qeydiyyatdan keçmək hüququnu əlindən almayacaq, lakin portal təxəllüslə sayta daxil olanın kimliyi ilə bağlı məlumata sahib ola biləcək.