Alimlərdən qorxunc xəbərdarlıq — 2030-cu ildə buz dövrü başlayacaq

00:30 - 29 Dekabr 2017 - DÜNYA

Alimlər 2030-cu ildə dünyada hərarətin aşağı düşəcəyini, kiçik miqyaslı buz dövrünün başlayacağını bildiriblər.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, baş verəcək iqlim dəyişikliyi qlobal istiləşmənin təsirlərini azaldacaq.

İngiltərənin "Northumbia" universitetinin riyaziyyat professoru Valentina Jarkova və komandası gələcəkdə qlobal iqlim dəyişikliklərinin riyazi modelini hazırlayıb.

Tədqiqata görə, 2020 ilə 2030-cu illər arasında Günəşin maqnit dalğaları bir-birini sonlandıracaq.

Jarkova vəziyyətin 2021-ci ildən planetimizdə istiliyin azalmasına səbəb olacağını və 2030-cu ildə kiçik miqyaslı buz dövrünün başlayacağını bildirib: "Ümid edirəm ki, Günəşin maqnit dalğalarını əsas götürərək hesablanan bu 30 illik soyuqların təsiri dünyadakı kirlənmə və qlobal istiləşmənin təsirini bir az azaldacaq".

Xəbər xətti