Yaponiyada dəhşət — 16 il bağlı qapı arxasında qalan qız donaraq öldü

23:28 - 28 Dekabr 2017 - DÜNYA

Yaponiyada insanın qanını donduran hadisə meydana gəlib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, 55 yaşlı Yasutaka Kakimoto və həyat yoldaşı Yukari qızlarını 16 ildir ki, kiçik bir otağa həbs ediblər.

17 yaşından 3 kv metrlik otaqda həbsdə olan qız donaraq dünyasını dəyişib. Polis cütlüyü saxlayıb.

Ata və ana polisə verdikləri ifadədə qeyd ediblər ki, qızlarına gündə yalnız 1 dəfə qida veriblər. Donaraq ölən qız 16 yaşından etibarən ruhi xəstə olub və ətrafdakılara hücum etdiyi üçün ailə belə bir qərar qəbul edib.

Donaraq ölən 33 yaşlı qız 16 il bağlı qapı arxasında yaşayıb.

Xəbər xətti