“Belarusun Azərbaycanla tərəfdaşlığı strateji xarakter daşıyır. Ölkələrimiz arasında münasibətlərin əsasını qarşılıqlı hörmət təşkil edir”.
"Ucnoqta.az" xəbər verir ki,
, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.
Səfir başa çatmaqda olan 2017-ci ildə Azərbaycanla Belarus arasındakı ikitərəfli əməkdaşlığı müsbət qiymətləndirib.
O bildirib ki, Azərbaycanla Belarus arasında bütün sahələr üzrə müsbət irəliləyişlər əldə olunub.
G. Axramoviç qeyd edib ki, 2017-ci ildə ölkələrimiz arasında yüksək səviyyədə 40-dan çox qarşılıqlı səfər təşkil edilib.
//APA//