Sank-Peterburqda supermarketdə baş verən partlayışda yaralı sayı 13-ə çatıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstintaq Komitəsi partlayışa ekvivalenti 200 qram trotil gücündə olan partlayıcı qurğunun səbəb olduğunu açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin baş verənləri terror aktı adlandırıb.