Kataloniya İspaniya hökumətini məhkəməyə verir

20:34 - 28 Dekabr 2017 - DÜNYA

Kataloniya parlamentinin daimi şurası İspaniya hökumətini məhkəməyə verir.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Senatın konstitusiyanın 155-ci maddəsini tətbiq etməsi səbəbindən şura belə bir addım atır.
 

Kataloniya hökuməti artıq Konstitusiya Məhkəməsinə müraciət edib. Onların fikrinə görə, rəsmi Madrid muxtar vilayətə qarşı qeyri-qanuni birbaşa idarəetmə tətbiq edib.
 

Təşəbbüs "Birlikdə hə deyək" koalisiyasının nümayəndələrinə məxsusdur. Adıçəkilən koalisiya qanunverici orqanda ən böyük fraksiya idi. 135 nəfərlik məclisdə koalisiya 62 nəfərlə təmsil olunurdu.

Xəbər xətti