İranda növbəti zəlzələ

10:43 - 28 Dekabr 2017 - Xəbər

İranda növbəti zəlzələ qeydə alınıb.

"Ucnoqta.az" xəbər verir ki, Kirman əyalətinin Hucidək şəhərində gecə saatlarında baş verən yeraltı təkanlar 5.1 bal gücündə olub.
 

Tehran universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya əsasən, zəlzələnin mərkəzi Hucidək şəhəri olub. Yeraltı təkanlar yerli vaxtla 21:31 radələrində meydana gəlib. Zəlzələ yerin 9 km dərinliyində baş verib.
 

Dağıntı və tələfat barədə məlumat yoxdur.














 

//Ölkə.Az//

Xəbər xətti