ABŞ-dan balansı dəyişən bəyanat — Bəşər Əsədə XƏBƏRDARLIQ

19:45 - 28 Dekabr 2017 - DÜNYA

Suriyada bitmək bilməyən müharibə barədə ABŞ hökuməti bəyanat yayıb.


"Ucnoqta.az"  xəbər verir ki, bu barədə Amerika və Ərəb mətbuatına məlumatlar verilib. Verilən məlumatlara görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözcüsü bildirib ki, Amerika Suriyada Bəşər Əsəd qüvvələrinin nəzarətində olan bölgələrdə hərbi əməliyyatlar keçirtməyəcək.
 

“Rusiya ilə mümkün münaqişələrin qarşısını almağa davam edirik. Lakin Amerika hərbçilərinin B.Əsədin idarə etdiyi bölgələrdə əməliyyatları davam etdirmək niyyəti yoxdur. Əsəd qüvvələri bölgələrini özləri qorumalıdırlar”, - deyə məlumatda bildirilib.
 

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri və Rusiya hərbçiləri Suriyada 2015-ci ildən hərbi əməliyyatlara başlayıblar.
























//Ölkə.Az//

Xəbər xətti