Suriyada İŞİD terrorçularının əlindən xilas edilən torpaqlarda abadlıq işləri aparılır.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu səbəbdən torpaqlarından qaçan suriyalı qaçqınlar yurdlarına qayıdırlar. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, dekabrın 27-də 200 insan Deyr əz-Zor və Homs şəhərlərinə qayıdıb.
“Dekabrın 27-də 200 insan Deyr əz-Zor və Homs şəhərlərinə qayıdıb. Onların yaşayış məskənləri bərpa edilir. İnsanların məskunlaşdığı yerlərə ərzaq yardımı tədarük edilir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Suriyanın Aleppo, Homs, Deyr əz-Zor şəhərlərində insanların yaşayışı üçün yenidənqurma işləri aparılır. Burada 500-ə yaxın evin tikintisinə başlanılıb.