"The Best Of Azerbaıjan" mükafatının təqdimat mərasimi keçirilib

13:28 - 27 Dekabr 2017 - Xəbər

“My Broker” İxtisaslaşmış Gömrük Təmsilçiliyinin rəhbəri Rəşad Əliyev “E-Media Group”-un təşkilatçılığı ilə “The Best of Azerbaijan” mükafatına layiq görülüb. 


“E-Media Group”-un təşkilatçılığı ilə 25 dekabr tarixində ilin sonuna həsr olunmuş "The Best Of Azerbaıjan" mükafatının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, Adil Əliyev, həmçinin dövlət rəsmiləri, doplomatik nümayəndələr, qazilərimiz və bir çox tanınmış iş adamları, o cümlədən “My Broker” İxtisaslaşmış Gömrük Təmsilçiliyinin rəhbəri Rəşad Əliyev “The Best of Azerbaijan” mükafatı ilə təltif olunub.
“My Broker” Gömrük Təmsilçiliyinin Azərbaycan Respublikasının gömrük fəaliyyəti zonasında gömrük əməliyyatları üzrə vətəndaşların rahatlığına xidmət edərək qazandığı etimada və əldə etdiyi nəaliyyətlərinə görə bu mükafata layiq görülüb.


Xəbər xətti