Klub direktoru: “Alpinistlərin axtarışları davam etdirilir”

16:31 - 27 Dekabr 2017 - Xəbər

“İtkin düşən alpinistlərin axtarışı ilə bağlı hələ ki, nəticə əldə olunmayıb”.

"Ucnoqta.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında “Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.

O bildirib ki, hazırda axtarış işləri davam etdirilir.

Qeyd edək ki, dekabr 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da aidiyyatı qurumlara faktla bağlı məlumat verilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

Xəbər xətti