Rusiya prezidenti Vladimir Putin bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) gəlib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, rusiyalı lider 2018-ci il Rusiyada prezident seçkilərində namizədliyinin təsdiq edilməsi üçün sənədlərini təqdim edib.
MSK-dan V.Putinin sənədlərinin qəbul edildiyi bildirilib.
Ötən gün isə rusiyalı teleaparıcı Kseniya Sobçakın 2018-ci il prezident seçkilərinə namizədliyi təsdiq olnub.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.