Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu məlumatı Özbəkistanın Maliyyə Nazirliyi yayıb.
“Dekabrın 22-dən bu günədək dövlət maliyyə müəssisələrindən, o cümlədən Maliyyə Nazirliyi, xəzinədarlıq və Pensiya Fondundan 562 əməkdaşı işdən azad edilib”, - deyə nazirlik bildirib.
Bir neçə gün əvvəl Şavkat Mirziyoyev maliyyə sistemini son 10-15 ildə səmərsiz fəaliyyətinə görə tənqid etmişdi.