Moskvada "Menşevik" qənnadı fabrikində atışma nəticəsində ən azı bir nəfər ölüb.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, hücum edən şəxs (müəssisənin keçmiş mülkiyyətçisi) jurnalistlərə açıqlamasında ondan fabriki saxta sənədlərlə aldıqlarını deyib.
"Fabrikin keçmiş mülkiyyətçi onun ərazisində olarkən hazırkı rəhbərlik mübahisəyə başlayıb. Bundan sonra o, silahı çıxarıb və bir neçə güllə ataraq mühafizəçini yaralayıb. O, aldığı xəsarətdən dünyasını dəyişib", - Rusiya İstintaq Komitəsinin bəyanatında qeyd olunub.
Hazırda şübhəli şəxs fabrikin ərazisində hərəkət edir və saxlanılmasına fəal müqavimət göstərir.
Xəbərdə bildirilir ki, səhər saatlarında müəssisənin ərazisinə əmlakın siyahıya alınması üçün məhkəmə icraçıları gəlib, bu da münaqişəyə səbəb olub.
Moskva polisinin rəsmi nümayəndəsi girovların götürülməsi ilə bağlı məlumatı təkzib edib.
Faktla bağlı "Qəsdən adam öldürmə" və "Qanunsuz silah gəzdirmə" maddələri ilə cinayət işi açılıb.