"Suriya və İraq ərazisində İŞİD-in minlərlə üzvü qalıb".
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu barədə “Military.com” saytı ABŞ-ın rəhbərlik edilən koalisiyanın nümayəndəsi Rayan Dillona istinadən məlumat yayıb. O bildirib ki, koalisiyanın fəaliyyəti silahlılar tərəfindən hər hansı həmlə edildiyi halda, onların qarşısının alınmasına yönəlib.
ABŞ prezidentinin İŞİD-lə mübarizə sahəsində digər ölkələrlə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurq isə bəyan edib ki, Suriyada hərbi əməliyyatlar daha bir neçə ay uzana bilər. O deyib ki, ekstremistlər tam təmizlənənə kimi ABŞ əsgərləri bu ölkədə qalacaq.