İsraildən ABŞ-a — "Bu ifadəni işlətməyin"

23:10 - 27 Dekabr 2017 - DÜNYA

ABŞ-ın İsraildəki səfiri Devid Fridman ABŞ xarici işlər nazirliyinə müraciət edib.


"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bundan sonra rəsmi sənədlərdə İordan çayının qərb sahilləri üçün "işğal altında" ifadəsini işlədilməməsi istənilib.
 

İsrail dövlət televiziyasının xəbərinə əsasən, səfir bu məsələ ilə bağlı müraciət imzalayıb. Əldə edilən məlumata əsasən, xarici işlər nazirliyi tələbi rədd edib. Amma yüksək səviyyəli təzyiqlər səbəbindən mövzunu yaxın vaxt ərzində müzakirə etməyi qəbul ediblər.

Məsələ ilə bağlı ABŞ və İsrail tərəfi heç bir açıqlama verməyib.

Xəbər xətti