Almaniyada gəmi körpüyə çırpıldı - Yaralılar var

11:28 - 27 Dekabr 2017 - DÜNYA

Almaniyanın Duysburq şəhərində Reyn çayında hərəkət edən sərnişin gəmisi körpüyə çırpılıb.
 

"Ucnoqta.az" xəbər verir ki, hadisə nəticəsində 27 nəfər xəsarət alıb.
 

Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
 

Qəzaya uğrayan gəmidə 129 nəfər, o cümlədən 26 heyət üzvü olub.

Xilasetmə işlərində 80 nəfər iştirak edir.











//Trend//

 

Xəbər xətti