Fransanın 5 departamentində güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan olunub.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu gün Aryej, Yuxarı Qaronna, Yuxarı Pireney, Atlantik Pireneyi və Land departamentlərində küləyin sürəti saatda 120-140 metrə çatacaq.
Meteoroloqlar əlverişsiz hava şəraitinin nəqliyyatın hərəkətinə, o cümlədən hava və dəniz nəqliyyatına təsir edəcəyi barədə xəbərdarlıq ediblər.
Güclü küləyin elektrik enerjisinin verilişinə və rabitə xətlərinə təsir edəcəyi də istisna olunmur.