Rusiyanın müdafiə sənayesi şirkəti "Rostex"in sədri Sergey Çemezov Türkiyə ilə imzalanan "S-400" raketləri haqqında açıqlama verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, açıqlamaya əsasən, Türkiyə hökuməti Rusiyadan 4 ədəd "S-400" hava hücumundan müadifə sistemini 2.5 milyard dollara alıb.
Çemezov "S-400" hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı imzalanan müqaviləyə aid sualı cavablandıraraq Türkiyənin 2.5 milyard dollar ödədiyini təsdiqləyib.