Səudiyyə Ərəbistanında 6 nəfərin həyatını itirməsi ilə nəticələnən yol qəzasının günahkarına qarşı çıxarılan edam hökmü icra edilib.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, Məhəmməd əl-Kəhtani Ər-Riyadda edam olunub.
Məlumata görə, o, içkili vəziyyətdə abtomobil idarə edərkən yüksək sürətlə digər maşına çırpılıb. Həmin avtomobildə olan 7 nəfərdən 6-sı, o cümlədən uşaqlar ölüb.