ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirli məlumat yayıb. Verilən məlumata görə, sanksiya siyahısına KXDR-nın hərbi sənaye departamentinin işçi partiyasının rəhbər müavininin və KXDR-nın mərkəzi komitəsi nəzdində işçi partiyası departamentinin sədrinin birinci müavininin adları əlavə olunub.
“ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sanksiyalarda 2 KXDR vətəndaşının da adı var. Bundan başqa, KXDR ilə əlaqəli şəxslər də həmin siyahıya salınıb”, - deyə məlumatda yazılıb.
Qeyd edək ki, ABŞ yeni sanksiyalar tətbiq edib. Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Verilən xəbərlərə görə, sanksiya tətbiq edilən şəxslərin, ölkələrin və şirkətlərin siyahısı hazırlanıb. Siyahıya əsasən Şimali Koreya ilə əlaqəli şəxslər salınıb.
//Ölkə.Az//