Suriya ordusunun hərbi təyyarəsi terrorçular tərəfindən vurulub.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. Verilən məlumata görə, təyyarə Hama vilayətində vurulub.
“Suriya ordusunun Hərbi Hava Qüvvələrinə məxsus təyyarə terrorçular tərəfindən vurulub”, - deyə məlumatda bildirilib.
Hadisə ilə əlaqədar “Əl-Nusra cəbhəsi” terror təşkilatı məsuliyyəti öz üzərlərinə götürüblər.
Qeyd edək ki, dekabrın 6-da Rusiya və ABŞ məlumat yaymışdı ki, Suriyada İŞİD terror təşkilatı tam məğlub olub.
//Ölkə.Az//