ABŞ prezidenti Donald Tramp 2018-ci il haqqında fikirlərini bölüşüb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, prezidentin fikrinə əsasən, 2018-ci il Amerika şirkətləri və fond bazarı üçün çox uğurlu olacaq.
Tramp Tvitter səhifəsində yazıb: "Növbəti il şirkətlər və iş yerlərinin yaradılması üçün əla olacaq. Fond bazarı daha uğurlu bir ilə hazırdır!"
ABŞ prezidentinin fikrinə əsasən, növbəti təqvim ili biznes üçün çox əla olacaq. Eyni zamanda buna vergi islahatları da səbəb olacaq.
Qeyd edək ki, Tramp vergi islahatları barədə sərəncamı 22 dekabr tarixində imzalayıb.