ABŞ-dan Fələstinə paytaxt və körpü təklifi

18:20 - 27 Dekabr 2017 - DÜNYA

"Həmas"-ın Siyasi Büro sədri Həniyyə Qüds qərarından sonra ABŞ-dan yeni təklif aldıqlarını bildirib.

"Ucnoqta.az"  xəbər verir ki, ABŞ Fələstinə Əbu Deys şəhərini paytaxt kimi təklif edəcək.

İsmayıl Həniyyə Qəzza sektorunda tayfa başçıları və kənd icra orqanı nümayəndələri ilə Fələstin məsələsini müzakirə edib. Həniyyə çıxışında ABŞ-ın fələstinlilərə Əbu Deys şəhərində paytaxt verilməsi və buradan bir körpü ilə "Məscidi Əqsa"ya bağlanılması barədə təklif edəcəyi barədə məlumat əldə etdiyini bildirib. Plan məsciddə sərbəst şəkildə ibadət edilməsini nəzərdə tutduğunu, bu məqsədlə Əbu Deys və "Məscidi Əqsa" arasında bir körpü inşa ediləcəyini bildirib.

ABŞ prezidenti Donald Trampın Qüds qərarına reaksiya göstərən Həniyyə deyib: "Trampın Qüds qərarı Fələstin mübarizəsini başa çatdırmağı qarşısına məqsəd qoyan bir planın parçasıdır".






//Ölkə.Az//

Xəbər xətti