Misirdə 15 nəfər edam edidi

17:31 - 26 Dekabr 2017 - DÜNYA

Misir hökuməti 15 nəfəri asaraq edam edib.

"Ucnoqta.az" xəbər verir ki, Misirin hərbi tribunalı ölüm hökmü haqqında fərman verib.
 

Misir mətbuatının xəbərinə əsasən, 15 nəfər 2013-cü ildə Sinay yarımadasında hərbi nəzarət məntəqəsinə hücum etməkdə ittiham edilir. Baş verən hücum nəticəsində 9 hərbçi həlak olmuşdu.
 

Ölüm hökmünə icazə verən ölkələr arasında Misirin də adı var. Bu siyahıya Belorusiya, ABŞ, Əfqanıstan, Vyetnam, İordaniya, İraq, İran, Yəmən, Şimali Koreya Xalq Respublikası, Çin, Malayziya, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Yaponiya, Fələstin, Tayvan, Somali, Sudan, Ekvatorial Qvineya daxildir.
 

"Amnesty İnternational" təşkilatının məlumatına əsasən, 2015-ci ildə 25 ölkədə 1634 nəfər edam edilib. Edam aktı ən çox Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı və ABŞ-da icra edilib.







//Ölkə.Az//

Xəbər xətti