Ukraynada avtomobillərdən Yeni il ağacı qurdular

01:45 - 27 Dekabr 2017 - DÜNYA

Ukraynanın Zaporojye şəhərində qeyri-adi fleşmob keçirilib.


"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, onlarla sürücü avtomobillərini Yeni il ağacı formasında saxlayıb. Bu barədə məlumatı "TSN" kanalı yayımlayıb.
 

Aksiya 25 dekabr tarixində axşam saatlarında baş tutub. Ümumi olaraq aksiyada 270 avtomobil iştirak edib. Effekt üçün onları yeni il oyuncaqları və girlyanda ilə bəzəyiblər.
 

Aksiyada həm də polis maşınları iştirak edib. 5 avtomobilin yanıb-sönən işıqları Yeni il ağacının ucunu təmsil edib.

Xəbər xətti