Hindistanın cənubunda bu ayın əvvəli tüğyan etmiş “Okxi” qasırğası nəticəsində itkin düşənlərin sayı 250 nəfəri ötüb.
"Ucnoqta.az" xəbər verir ki, itkin düşənlərin böyük əksəriyyətini balıqçılar təşkil edir.
Hazırda Hindistanın canub sahillərində axtarışlar davam etdirilir. Qasırğa zamanı 2,5 mindən çox adam xilas olunmuşdu.
Qeyd edək ki, “Okxi” qasırğası nəticəsində 90-a yaxın şəxsin həlak olduğu məlumat verilmişdi.
//Trend//