Rusiyadan rəsmi açıqlama — "Suriyada iki hava bazasına yerləşirik"

16:25 - 26 Dekabr 2017 - DÜNYA

Rusiyanın müdafiə nazirliyi Suriyada iki hərbi hava bazasına daimi olaraq yerləşməyə qərar verdiklərini bildirib.

"Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, məlumatı nazir  Sergey Şoyqu təsdiqləyib.
 

Nazir Moskvada keçirilən tədbirdə Putinin Tartus və Hımeymimdə daimi fəaliyyət göstərəcək hərbi birləşmənin qurulması barədə sərəncamının təsdiqləndiyini qeyd edib.
 

Putin ötən həftə Suriyanın Lazkiye vilayətindəki Hımeymim bazasında açıqlama verərək rus ordusuna Suriyadan çəkilmə təlimatı verdiyini bildirmişdi. Amma bununla yanaşı, Rusiyanın Suriyadakı bəzi mərkəzləri fəaliyyətinə davam edəcək.

Xəbər xətti