Şimali İraq Kürd Muxtariyyatında növbəti istefa olub.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, parlamentin sədri Yusif Məhəmməd istefa verdiyini açıqlayıb.
Süleymaniyyə şəhərində keçirilən mətbuat konfransında "Goran Hərəkatı" ilə "İslam Cəmiyyəti Partiyası" (Komel) koalisiya hökumətdən çəkildiklərini açıqlayıblar.
Məhəmməd də parlament sədri vəzifəsindən istefa verdiyini elan edib.
Qeyd edək ki, Məhəmməd "Goran Hərəkatı"nın üzvüdür.